Akademik Milli Dram Teatrının qarşısındakı qəzada bir nəfər xəsarət alıb

Gecə saatlarında Akademik Milli Dram Teatrının qarşısında avtomobil qəzası baş verib.
Qəza şahidlərdə belə təəssürat yaradıb ki, sanki sürücü avtomobillə dram teatrına daxil olmaq istəyirmiş və istəyinə də qismən də olsa nail ola bilib. Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Azərbaycan prospekti ilə hərəkətdə olan, "Nissan" markalı avtomobil, üzü Mirzəağa Əliyev küçəsi istiqamətinə dönmə əməliyyatını yerinə yetirərkən, sürücü idarəetməni itirib və avtomobil, əvvəlcə yolun kənarındakı səkiyə çırpılıb daha sonra isə pilləkənlərin üstünə qalxaraq Akademik Milli Dram Teatrının yerləşdiyi əraziyə düşüb.
Məlum olub ki, hadisəni törədən sürücü ərazidən uzaqlaşsa da, avtomobildən olan 1 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə yüksək sürətlə avtomobili idarə edən şəxs içkili vəziyyətdə olub, bu səbəbdən dönmə əməliyyatını düzgün yerinə yetirməyib. Hazırda faktla bağlı Yasamal Rayon Polis Idarəsində araşdırma aparılır. Hadisənin dəqiq başvermə səbəbləri isə aparılan avto-texniki ekspertizanın rəyindən sonra məlum olacaq.

  • Müəllif: Guler
  • Tarix 6-01-2014, 14:27
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 732
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac