
Artıq 12 ölkə "Avroviziya 2014” mahnı müsabiqəsində iştirak etməkdən
imtina edib.
DunyaTv.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata
görə, Xorvatiya, Çexiya, Slovakiya, Lüksemburq və Andorranın başlatdığı
tendensiyanı Bolqariya, Bosniya və Hersoqovina davam etdirir. Serbiya,
Çexiya və Kipr kimi bir çox ölkələr bildirib ki, onların müsabiqəsən
çıxma səbəbi maddi problemlərlə yanaşı layihəyə olan ictimai marağın
itməsidir.
Türkiyə müsabiqədə səsvermə sistemində kiçik dəyişikliyə görə, xüsusən
də təşkilatçı komitənin qarışıq münsiflər heyətinə görə istirak etməkdən
imtina edib. Bolqariya, Bosniya və Herseqovina, Serbiya və Kipr öz
yerli televiziyalarının efirlərində bildiriblər ki, maliyyə çatışmazlığı
səbəbi ilə müsabiqədə iştirak etməkdən imtina edib.
Oxunub: 730
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.