dunyatv.az
CANLI YAYIN

"Qızıl Top"a namizədlər: onları çıxardılar - YENİLƏNİB - SİYAHI

29-10-2013, 11:55

[/b]

 

 
Runi, Pike, Droqba və Aquero "Qızıl Top”un namizədlərinin son siyahısına daxil olmayıblar.
   
Milli.Az FİFA-ya istinadən xəbər verir ki, 2013-cü ilin "Qızıl Top”una namizədlərin son siyahısı bəlli olub. 
 
Siyahıya 24 futbolçu daxil olub:
  
Kriştianu Ronaldu, Qaret Beyl ("Real” Madrid), Leonel Messi, Neymar, İnyesta, Xavi ("Barselona”), Manuel Noyer, Aryen Robben, Bastian Şvaynştayger, Frank Riberi, Filip Lahm, Tomas Müller ("Bavariya”), Zlatan İbrahimoviç, Edinson Kavani, Tyaqo Silva (PSJ), Robert Levandovski, ("Borussiya"), Robin Van Persi, ("Mançester Yunayted”), Məsut Özil ("Arsenal"), Luis Suares ("Liverpul"), Eden Azar ("Çelsi”), Yaya Ture, ("Mançester Siti”), Radamel Falkao ("Monako”), Andrea Pirlo (Yuventus).
   
Beləliklə, ilkin siyahıdan bu futbolçular çıxıblar: Fred ("Fluminense"), Didye Droqba "Qalatasaray”, Serxio Aquero ("Mançester Siti”), Pike, Daniel Alveş ("Barselona”), Marko Roys, İlkay Gündoğan ("Borussiya"), David Alaba ("Bavariya”), Devid Luiz "Çelsi”.

----------
10:36

FIFA 2013-cü ilin ən yaxşı 10 futbol mütəxəssisinin adlarını açıqlayıb.
  
Milli.Az FİFA-ya istinadən xəbər verir ki,  bu ilin ən yaxşıları siyasında artıq karyerasını bitirmiş ser [b]Aleks Ferqüsson və Yupp Haynkes də var.
  
Namizədlərin siyahısına Karlo Ançelotti ("Real" Madrid), Rafael Benites ("Napoli”), Antonio Konte ("Yuventus”), Visente del Boske (İspaniya yığması), Aleks Fergüson ( "Mançester Yunayted”in sabiq baş məşqçisi), Yupp Haynkes ("Bavariya”nın sabiq baş məşqçisi), Yurgen Klopp ("Borussiya” Dortmund”) Joze Mourinyo ("Real"/"Çelsi"), Luis Felipe Skolari (Braziliya yığması) və Arsen Venqer ("Arsenal”) daxil olublar.
 
Xatırladaq ki, bu yay Fergüson ilə Yupp Haynkes karyeralarına son qoyublar.
Fergini onun yerlisi Devid Moyes əvəz edib. Haynkesi isə "Barselona”lı Xosep Qvardiola əvəz edib. Mourinyo isə "Real” Madriddən "Çelsi”yə keçib.
  
Dekabrın əvvəlində ən çox səs toplayan 3 namizəd bəlli olacaq, 2014-cü il yanvarın 13-də Sürixdə təntənəli mərasimdə qalib elan olunacaq.


Oxunub: 1 492

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.