İranda həyəcan təbili çalınır

 İranda son illər əhalinin yaşlaşması hökuməti təbii artımı təbliğ etməyə vadar edib. Ölkədə son 20 ildə doğuş səviyyəsi kəskin aşağı düşüb. Hazırda İranda doğuş səviyyəsi 1,8% təşkil edir. Lakin bu rəqəm 90-cı illərdə təbii artımın azaldılmasına dair qlobal proqramın təsiri nəticəsində müşahidə edilən 1,2%-lə müqayisədə çoxdur.
Hazırda İran əhalisinin təbii artımını azaltmaq məqsədilə hamiləlikdən qorunma vasitələrinin pulsuz paylanması kimi proqramların yerinə, əhalinin cavanlaşdırılması istiqamətində proqramlar irəli sürülür.
Ekspertlər Qərb sanksiyalarının təzyiqi altında olan və inflyasiya səviyyəsinin 36 faiz olduğu İranda əhalini doğuş səviyyəsini artırmağa çağırmağın təsirsiz olduğunu hesab edirlər. "Növbəti 20 il ərzində İran əhalisinin təbii artım göstəricisi mənfi ola bilər. Hazırda doğuş səviyyəsi 1,8 faiz olduğu üçün bu rəqəmi 2 dəfə və daha çox artırmağı qarşımıza məqsəd qoymuşuq" - ekspert Məhəmməd İsmail Mütləq belə deyir.
İranın Ali dini lideri Ayətulla Əli Xamenei də 77 milyon əhalisi olan İranın əhalisinin azı 150 milyon olmalı olduğunu deyib.

  • Müəllif: Guler
  • Tarix 7-01-2014, 20:32
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 569
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac