dunyatv.az
CANLI YAYIN

"İnter" Türkiyədə növbəti məşqini keçdi

8-01-2014, 11:14

Azərbaycanın "İnter" futbol klubu hazırda Türkiyədə təlim-məşq toplanışı keçirir.

Dunyatv.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanışın 2-ci günündə komanda trenajor zalındakı məşğələlərlə başlayıb. Daha sonra futbolçular meydana yollanaraq digər fiziki hərəkətlər üzərində çalışıblar.

Dünən axşam saatlarında baş tutmuş ikinci məşqdə oyunçular qısa ötürmələr üzərində çalışıblar, topla digər hərəkətləri yerinə yetiriblər və iki komandaya bölünərək futbol oynayıblar.
Qeyd edək ki, hazırlıq planına əsasən "İnter" bu gün də iki dəfə məşq edəcək.


Oxunub: 1 158

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.