dunyatv.az
CANLI YAYIN

Cazibədar teleaparıcı evlilik təklifini rədd etdi

8-01-2014, 11:23

Aparıcı Günel Hümbətova aldığı evlilik təklifindən imtina edib
Dunyatv.az xəbər verir ki, Günel axşam.az saytına açıqlamasında karyerasında yeniliklər etməyə hazırlaşdığını bildirib:

"Bu yaxınlarda çox sevgi etirafları, evlilik təklifləri alıram. Amma heç biri ilə maraqlanmıram. Bir neçə il ailə qurmaq haqqında düşünmürəm. Hazırda məni təhsilim və karyeram maraqlandırır. Bu il İncəsənət Universitetindəki təhsilimi başa vururam. İkinci təhsil almağa hazırlaşıram. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmaq istəyirəm. Bir də mənim üçün bu dəqiqə ən önəmlisi karyeramdır. Bu sahədə irəliləmək istəyirəm”.

Günelin "İctimai” telekanaldakı "TVR klub” verilişi bağlanıb. Aparıcı yeni layihə hazırlayır:

"Veriliş telekanalın istəyi ilə bağlandı. Bu, onların layihəsi idi. Hazırda bir çox kanaldan veriliş, serial təklifləri alıram. Amma heç biri ürəyimcə deyil. Efirdə görünmək xətrinə aparıcılıq etmək istəmirəm. Daha ciddi və böyük səs-küy doğuracaq maraqlı layihə ilə efirə çıxmağı planlaşdırıram”.


Oxunub: 1 125

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.