Prezidentlər xokkey oynadılar

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Soçidə Böyük buz sarayında buz üstünə çıxıblar.

Dunyatv.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hər iki prezident eyni komandada çıxış edib.

Qırmızı forma geyinən prezidentlər bir neçə qat dünya və olimpiya çempionları olmuş ağ geyimlilərin komandası olan - İrek Qimayev, Aleksandr Qolikov, Nikolay Makarov, Sergey Makarov, Aleksandr Moqilnıy, Aleksandr Yakuşev kimi oyunçuların komanasına qarşı oynayıblar.

Qeyd edək ki, ağ geyimlilərini komandasında Rusiya prezident adminstrasiyaının işlər müdiri Vladimir Kojin və kontinental xokkey liqası direktorlar şurasının sədri, Sank-Peterburqun OİK xokkey klubunun prezidenti Gennadiy Timçenko da oynayıb.

Prezidentlərin komandasında eyni zamanda, müdafiə naziri Sergey Şoyqu da oynayıb. Oyun 12-3 hesabı ilə "qırmızı"ların xeyrinə başa çatıb.
  • Müəllif: Guler
  • Tarix 8-01-2014, 14:32
  • Bölmə: Xəbərlər / İdman
  • Baxılıb: 541
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Arxiv
Sayğac