dunyatv.az
CANLI YAYIN

Bakıda qadınları qorxuya salan manyak: "Belindən tuturdum..."

29-10-2013, 17:42

[/b]

 



Bakıda manyak hücumundan qorxuya düşən qadınlar rahatlaşa bilərlər. Artıq Suraxanı rayonu ərazisində qadınların üstünə atılan manyak tutulub. Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, həmin şəxs 31 yaşlı Hacıbaba Əhmədovdur.

O, ötən gün Hövsanda cavan qıza hücum edərək əli ilə onun belindən tutub, şalvarını aşağı dartıb, sonra isə sinəsinə əl atıb. Qızın qışqırmasından sonra qaçaraq canını qurtarıb.

Belə hallar Suraxanı ərazisində bir neçə dəfə təkrar olunub. Əksər hallarda isə qadınların qarşısını kəsən H.Əhmədov öz şalvarını aşağı çərək cinsiyyət orqanını onlara göstərirmiş.

Polisə ifadə verən H.Əhmədov qadınların üzərinə atılmasını özündən asılı olmadan etdiyini deyib: "Özümdən asılı olmadan qadınların belindən tutub əlimi sinəsinə salırdım. Bəzən isə qadınların qarşısını kəsərək şalvarımın qabağını açıb onlara deyirdim ki, bax, məndə bundan var".

H.Əhmədovun psixoloji vəziyyətinin öyrənilməsi üçün ekspertiza təyin olunacaq.

---------
09:03
[b]

Bakıda seksual manyakın peyda olması barədə polisə məlumat daxil olub.

Milli.Az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Hövsan qəsəbəsində qadınlara hücum edən şəxs 10 günə yaxındır ki, sakinləri həyəcan içində saxlayır. Bildirilir ki, 30-35 yaşlı bu adam günün müxtəlif saatlarında və axşamlar küçə ilə tək gedən qadınlara hücum edir, onları yerə yıxıb seksual xarakterli hərəkətlər edir. Bu azmış kimi, o etdiyi hərəkətləri və təcavüz etdiyi qadınları telefonun kamerası ilə lentə alır. Bundan başqa həmin şəxs qadınlara yaxınlaşaraq yaxından onların şəkillərini çəkir. Bu yolla da o, qadınları qorxudur və şantaj edir.
 
Hüquq-mühafizə orqanlarından Lent.az-a bildiriblər ki, artıq məsələ ilə bağlı ciddi araşdırmalara başlanıb. Hövsan qəsəbəsini həyəcan içində saxlayan şəxsin kimliyi də müəyyən edilib. Bəlli olub ki, bu, 32 yaşlı H.D.-dır. Hazırda toplanmış materiallar əsasında cinayət işinin açılmasına hazırlıq gedir və yaxın günlərdə məsələ ilə bağlı cinayət işi açılacaq.
 
Qeyd edək ki, Lent.az-a müraciət edən Hövsan sakinləri gecə saatlarında küçəyə çıxarkən özlərini qorumaq üçün bıçaq və ya digər kəsici-deşici alət götürdüklərini bildirirlər. Seksual manyakın həbs edilməməsi onları daha da narahat edir.


Oxunub: 2 252

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.