dunyatv.az
CANLI YAYIN

Fəxri Xiyabandakı şəhidlərin məzar daşları sökülür

9-01-2014, 11:04

Fəxri Xiyabandakı şəhidlərin məzar daşları sökülür

 2 saylı Fəxri və Şəhidlər Xiyabanına baxış zamanı müşahidə etdik ki, şəhidlərin məzar daşları sökülüb. Bu barədə məlumat almaq üçün Bakı şəhər icra hakimiyyəti əhaliyə vətəndaşlıq xidmətinin trest rəhbərliyinə müraciət etdik. Rəhbərlikdən  Publika.az-a bildirildi ki, məzar daşlarının dəyişilmə səbəbi, onların yararsız hala düşməsidir:[/b]

"Bu barədə xəbərimiz var. Şəhidlərin sinə və ya baş daşları, şəhidin ailə üzvləri və ya yaxın qohumlarının istəyi ilə dəyişdirilir.Yazılı ərizə şəklində müraciətlər olunur. Rəhbərlik şəxsən özü ərizəyə baxaraq dəyişilməsinə dair imza çəkir. Məzar daşlarının dəyişilmə səbəbi, daşların yararsız hala düşməsidir. Əgər şəhidin ailə üzvləri daşların yararsız halda olduğuna nəzər yetirməsələr, o zaman onlarla əlaqə saxlayıb vəziyyəti bildiririk. Razılıq aldıqdan sonra isə məzar daşları dəyişilir”.

Dunyatv.az


[/b]


Oxunub: 849

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.