dunyatv.az
CANLI YAYIN

İran mətbuatı Azərbaycanda rəsmi tətil günlərinin çoxluğundan yazıb

9-01-2014, 11:04

      İran mətbuatı Azərbaycanda rəsmi tətil günlərinin çoxluğundan yazıb.

SalamNews xəbər verir ki, bir çox ölkələrdə rəsmi tətil günlərinin çoxluğu ölkədə əmək məsələlərində müxtəlif problemlər yaradıb ki, bu ölkələrdən biri də İrandır.
İranın "Asriran" xəbər portalı bu məsələyə toxunaraq, İranla yanaşı, qonşu ölkələrdə də eyni problemlərin yaşandığını, Azərbaycanda da çox tətil günlərinin olduğunu bildirib. Mənbə ölkəmizdəki 4 gün dini tətillərdən (iki gün qurban və iki gün ramazan bayramları) əlavə daha 11 milli tətil günlərinin olduğunu və bir gün də "20 Yanvar" milli matəm gününün tətil edildiyini yazıb. Sözügedən mənbə həmçinin ölkəmizdə həftə sonu tətillərilə birgə ildə 126 günün qeyri-iş günü olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, İranda həftə sonu tətilləri istisna olmaqla, 25 gün bayram və qeyri-iş günləri hesab edilir. Bunlardan 16-sı dini tətil günləri, qalanı isə milli tətil günləridir. Bu isə o deməkdir ki, həftə sonu tətillərini istisna etsək, İranda tətil günlərinin sayı Azərbaycandan çoxdur.


Oxunub: 659

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.