dunyatv.az
CANLI YAYIN

İntihar etdi, 8 il asılı qaldı

30-10-2013, 11:18

 

 
 
Fransa paytaxtı Parisin həndəvərindəki Büsi Sen Jorj qəsəbəsində Kambocadan gəlmiş mühacir, 50 yaşlı Tomas Nqin ölü tapılıb.

BiG.Az bildirir ki, polisdən verilən məlumata görə, Nqin 8 il əvvəl özünü döşəkağı ilə asaraq intihar edib. Lakin kimsə onun qapısını açmadığından Nqin 8 il döşəkağıdan asılı vəziyyətdə qalıb.


Tomas Nqinin mənzilini bank müsadirə edib yeni sahibinə satıb və o şəxs də mənzilin qapısını açıb içəri girəndə qurumuş cəsədi görüb.

Nqinin cəsədi asılı vəziyyətdə qaldığı 8 il ərzində ona kommunal xidmətlərə görə ödəniş qəbzləri gəlirmiş. Bank da 8 il xəbərdarlıq məktubları yollayıb, cavab almayanda səbri tükənib və 8 ildən sonra mənzili borclara görə hərraca çıxarıb.

Mənzil 415 min avroya satılıb.


Polisdən verilən məlumata görə, psixikanın obsessiv-kompulsiv pozuntularına mübtəla olmuş Tomas Nqin bütün qohumları ilə əlaqələri kəsmişdi. Fanatik təmizkar olan Nqin mənzilini ideal təmizlikdə saxladığından qonşular çürüyən cəsədin pis qoxusunu duymayıblar. Üstəlik, mənzilin planlaşdırılması da buna səbəb olub.


Oxunub: 967

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.