Azərbaycanda qadın ərinin işgəncə ilə öldürülməsinə tamaşa etdi

İsmayıllı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.
Kənd sakini, 1953-cü il təvəllüdlü Pestriakov Aleksandr Aleksandroviçin yaşadığı evdə meyiti tapılıb. Araşdırma zamanı məlum olub ki, Aleksandr Pestriakovu onun həyat yoldaşı - 1981-ci il təvəllüdlü Makarova Valentina Gennadiyevnanın tanışı, 1972-ci il təvəllüdlü Uvarov Vasili İvanoviç işgəncə ilə döyərək qətlə yetirib.
Həmin evdə təmir işləri ilə məşğul olan Vasili Uvarov iki gün öncə Aleksandr Pestriakovu yaşadığı evdə küt alətlə, ayaq və yumruq zərbələri ilə yerə yıxıb, onun başına və bədəninə sobanın üstündəki isti kərpicləri qoyub, siqaretlə üzünü yandıraraq işgəncə verib. Təqaüdçü Aleksandr Pestriakov ötən gecə dünyasını dəyişib.
Məlumata görə, Aleksandr Pestriakovun həyat yoldaşı Valentina Makarova hadisə zamanı evdə olub və onların arasında baş verən davaya müdaxilə etməyib. Valentina Makarova Aleksandr Pestriakovun ikinci həyat yoldaşıdır. İki dəfə məhkumluq həyatı sürən Vasili Uvarov və Valentina Makarova hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq İsmayıllı Rayon Polis Şöbəsinə aparılıblar. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır
  • Müəllif: Pervin_M
  • Tarix 10-01-2014, 11:49
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 691
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Arxiv
Sayğac