dunyatv.az
CANLI YAYIN

Ledi Qaqa Maykl Ceksonun muzeyini açacaq

10-01-2014, 11:49

Məşhur müğənni Ledi Qaqa Maykl Ceksonun muzeyini açacaq.

DunyaTv.az Rusiya mətbuatına istinadən xəbər verir ki, muzeyin harada yerləşəcəyi və nə zaman açılacağı məlum deyil.

İlkin ehtimala görə, bu məkan Ceksonun karyerasına start verdiyi İndiana ştatında ola bilər.  Qaqanın kolleksiyasında Maykla aid olan 55 müxtəlif predmet var. Müğənni il boyunca Ceksonun hərraca qoyulan çoxlu sayda dəyərli əşyalarını alıb. Son olaraq Ledi Qaqa ifaçının "Thriller” klipində geyindiyi gödəkçə( 1.8 milyon dollar) və maraqlı formada bəzədilmiş əlcəyi (330 min dollar) üçün külli miqdarda pul xərcləməli olmuşdu.

İfaçı muzeydən əldə edilən gəliri Maykl Ceksonun "Heal the  world” fonduna bağışlayacaq


Oxunub: 581

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.