Internetdə yeni virus yayıldı

Internetdə yeni virus yayıldı

Avropanın bəzi internet portallarında yeni virus yayılıb.

Yeni ilin ilk günlərində Avropanın bəzi internet portallarında zərərli virus yayılıb.

Nəticədə minlərlə internet istifadəçisinə ziyan dəyib.

Gün.Az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı Yahoo.com şirkəti yayıb. Kompüter təhlükəsizliyi üzrə ixtisaslaşmış "Fox-IT” şirkəti məlumatı təsdiqləyib.

Yahoo.com şirkətinin açıqlamasına görə, zərərli kod "ads.yahoo.com” sistemində göstərilən reklam bannerlərində aşkarlanıb.

Problem tezliklə aradan qaldırılsa da, bəzi kompyuterlər riskə məruz qalıb. "Mac OS” platforması ilə işləyən qurğulara isə zərər dəyməyib.

"Fox-IT” şirkəti mütəxəssislərin məlumatına görə, sürətlə yayılan zərərli koddan Rumıniya, Böyük Britaniya və Fransadan olan istifadəçilər daha çox zərər çəkiblər.
  • Müəllif: Guler
  • Tarix 10-01-2014, 12:28
  • Bölmə: Xəbərlər / Texnologiya
  • Baxılıb: 662
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac