dunyatv.az
CANLI YAYIN

Röya: "Aygün, mən səni çox sevirəm!" - FOTO

30-10-2013, 13:04

[/b]

Röya: "Aygün, mən səni çox sevirəm!" - FOTO

 

Röya: "Aygün, mən səni çox sevirəm!" - FOTO

 

Röya: "Aygün, mən səni çox sevirəm!" - FOTO

 

Röya: "Aygün, mən səni çox sevirəm!" - FOTO

 

 
 
 
[b]Röya Ayxan son zamanlar nadir hallarda jurnalistlərlə görüşür. Bunu isə öz əsəblərini qorumaq istəyi ilə əlaqələndirir. Day.Az saytıın Lady Day.Az layihəsinin əməkdaşı müğənninin konsertindən öncə müsahibə götürüb.

Sevilən müğənni müsahibəsində öz xarakteri,  jurnalistlərdən niyə qaçdığı, Aygün Kazımova ilə münasibətləri və digər məqamlar haqda maraqlı açıqlamalar verib.
Milli.Az həmin müsahibəni ixtisarlarla təqdim edir:

- Röya, nəyə görə son zamanlar jurnalistlərdən qaçırsınız?

- Mən bir az dəli və əsəbi adamam. Bəzi şeylərə dəhşətli reaksiyam olur. Jurnalistlər nəsə soruşanda onların qarşısında rola girməyi bacarmıram. Buna görə də bütün suallara doğru cavab verirəm və heç nəyi gizlətmirəm. Həmin cavablardan sonra başım ağrıyır. Sonra oturub düşünürəm: "Bu sənə lazım idi? Bu nəyinə lazımdı?” Bütün jurnalistlərə hörmətlə yanaşıram və sevirəm.

Day.Az-ın simasında bütün həmkarlarınızdan üzr istəyirəm. Mən sadəcə istəyirəm ki, aramızda heç bir problem olmasın. Mən sizi itirmək istəmirəm. İndi həmin vaxtlarım deyil. Əgər jurnalistlər məni harada görsələr və müsahibə götürmək istəsələr, etiraz eləmərəm. Elə indi olduğu kimi. Siz müsahibə götürmək istədiniz, mən razılaşdım. Söhbətimiz qurtarandan sonra zəng edib hansısa xəbər verməyəcəm.

- Nəyə görə düşünürsünüz ki, sizin atmacalarınız artıq bitmiş müharibəni yenidən başlada bilər?

- Yox mən heç bir atmaca atmıram. Mən kiməsə deyəndə ki, "Aygün City”-nin simasıyam, üzündə təbəssüm yaranır. Soruşuram ki, niyə gülürsən? Bu niyə ola bilməz ki? Cavabda bildirirlər ki, qəribə görünür. Bəlkə də elə bu səbəbdən mənə belə bir şey təklif ediblər. Bu səbəbdən də mən layihənin altında öz imzamı atmışam. İnsanların reaksiyası mənə maraqlıdır. Hər gün radioda "Aygün, mən səni çox sevirəm!” sözlərim səslənəndə insanlar nə düşünəcəklər?

Müsahibənin tam mətnini rus dilində bu keçiddə oxuya bilərsiniz.


Oxunub: 2 317

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.