dunyatv.az
CANLI YAYIN

Rəqsanə: Fəxr edirəm

10-01-2014, 15:50

 "Bu halda mən yuxu deyil, reallığı gördüm”.

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə repertuarına daxil olan musiqisi Hikmət Aslanov, sözləri Telli Pənahqızıya aid olan "İnanımmı” mahnısının Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov tərəfindən ifa olunmasına münasibət bildirib.

Müğənni bundan çox təəccübləndiyini vurğulayıb.

"Ötən ilin sonunda mən dedim ki, 2014-cü il mənim ilim olacaq və bu proqnoz elə ilin əvvəlindən özünü doğrultmağa başladı. Mənim üçün böyük şərəfdir ki, mahnımı dövlət başçısı oxudu, bu, onun ifamı çox bəyəndiyindən xəbər verir. Bununla yalnız fəxr etmək olar.

Mənim mərhum nənəm deyirdi ki, yuxuda hansısa dövlət başçısını görmək xeyrədir. Bu halda isə mən yuxu deyil, reallığı gördüm. Deməli, bu il mənim üçün uğurlu olacaq. Məni təbrik edən jurnalistlərə minnətdarlığımı bildirirəm” – deyə, Rəqsanə qeyd edib.

Dunyatv.az


Oxunub: 868

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.