dunyatv.az
CANLI YAYIN

Azərbaycandan getmək istəyənlərin sayı 18-20 faiz artıb

10-01-2014, 15:28

Azərbaycandan getmək istəyənlərin sayı 18-20 faiz artıb

 Ötən il Avropa İttifaqına üzv olan dövlətlərdən qaçqın statusu almaq üçün 330.000 nəfər Avropa Ittifaqı üzvü olmayan ölkə vətəndaşların müraciət edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, bu 2011-ci illə müqayisədə 10 % çoxdur. Azərbaycan Miqrasiya Mərkəzinin məlumatına görə 2013-cü ildə əvvəlki illərlə müqayisədə Azərbaycandan getmək istəyənləruin sayı 18-20% artıb. Ölkədən getmək istəyənlər bunu iqtisadi, sosial və siyasi problemlərin daha da dərinləşməsi ilə əsaslandırır.#xa0;

Qonşu ölkələrlə müqayisədə daha ciddi inkişafa malik olmasını iddia edən Azərbaycan Respublikasının vətəndaşlarının ölkəni tərk etməsi daha çox siyasi problemləri olan insanların hüquq və azadlıqlarının pozulması ilə bağlıdır. Ayrı-ayrı ölkələrdə Azərbaycan vətəndaşlarının qaçqın statusu almaq üçün müraciət etməsi Azərbaycanda insan hüquq və azadlıqlarının kobud sürətdə pozulmasının göstəricisi olmaqla ölkə haqqında mənfi imic formalaşdırır.;

Eyni zamanda əvvəlki illərlə müqayisədə xaricə gedənlərin daha çox Azərbaycan Respublikasının hesabına yüksək keyfiyyətli təhsil almış mütəxəssilərdir;

AMM baş verənləri ictimaiyyətin diqqətinə çatdırmaqla ölkədə baş verən kütləvi beyin axınından ciddi narahatçılığını bildirir və Azərbaycan hakimiyyətini təcili olaraq insanların daha münbit sosial, siyasi, iqtisadi şəraitdə yaşaması, çətin vəziyyətə düşərək ölkəni tərk etməməsi üçün zəruri tədbirlərin görülməsinə dəvət edir.



Oxunub: 824

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.