dunyatv.az
CANLI YAYIN

Üz üçün maskalar

11-01-2014, 15:59

 HƏR KƏS OXUSUN! COX FAYDALIDIR!


HƏR NÖV ÜZ DƏRİSİ ÜÇÜN--- 2 xörək qaşığı qatığın üzərinə 1 çay qaşığı droj əlavə edib möhkəm qarışdırılır. Rəngi dönüb bir az qatılaşana kimi qarışdırılır və üzə çəkilib 15-20dəq saxlanılır. Bu maska dəriyə gözəl təravət verir...

Petruşkanı ət maşınından çəkib üzərinə 1 çay qaşığı smetan qatıb 15-20dəq üzdə saxlanılır. Bu maska dərini qidalandırır,təravətləndirir ve üzdə olan ləkəni aparır...

YAĞLI DƏRİLƏR ÜÇÜN--- 1 yumurtanın ağı, 2 çay qaşığı limon suyu, qatı olmaq üçün biraz un möhkəm qarışdırılır. Dəridə 15 dəq. saxlanılıb yuyulur.

TƏMİZLƏYİCİ LOSYON--- Yarım stəkan arağa yarım stəkan petruşka suyu,1 bütöv limonun suyunu sıxıb qarışdırılır və soyuducuda saxlanılır. Bu losyon dəridə ləkəni,yağlılığı aparır. Təmizləyici təsiri var...

DƏRİDƏKİ SƏPKİLƏR ÜÇÜN--- Qızıgül ləçəyinin üzərinə limonu sıxıb 2 saat soyuducuda saxlayın. Hərgün yarım saat üzdə saxlanılır. Səpkilər tamamən gedəcək...

YAĞLI DƏRİLƏR ÜÇÜN--- Qatığı üzə çəkib 15 dəq sonra isti su ilə yumaq lazımdır. Bu həm üzü ağardır,həm qızartılar varsa üzdə onları götürür,həm də dəridəki yağlılığı aparır....

QURU DƏRILƏR ÜÇÜN---2 kök sürtkəcdən keçirilib 1 yumurta sarısıyla qarışdırılır,nazik qatla üzə çəkilir,20 dəq sonra maska ilıq suyla islanmış pambıqla silinir. Həftədə 2dəfə effekti daha yaxşıdı...

SƏPKİLƏR ÜÇÜN---Limon suyu ilə səpkiləri silmək çox faydalıdır. Həftədə 2 dəfə

QURU DƏRİ ÜÇÜN---bişmiş kartofu əzib üzə çəkmək dərini ağardır,həm də hamar edir.

ÇİLLƏR ÜÇÜN--- Üzdə çil və ləkə varsa 1 stəkan isti suya 5 çay qaşığı soda qarışdırıb üzü silmək lazımdır...

ÜZDƏKİ QARA NÖQTƏLƏR---ÜÇÜN hər gün 5-6 stəkan yaşıl çay içmək,həmçinin üzü 15-20 dəq kompres etmək çox faydalıdır...

SIZANAQLAR ÜÇÜN--- Sızanaqların ən böyük düşməni limondu. Yarım ədəd limonu sıxıb 1 xörək qaşığı prisipka ilə qarışdırıb sızanaq olan yerə çəkib 15 dəq saxlamaq lazımdır...

QIZLAR,hamısı çox sadə və effektlidir... Çalışdım ən asanlarını seçim ki, sizə də etmək rahat olsun...
Dunyatv.az


Oxunub: 11 283

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.