dunyatv.az
CANLI YAYIN

"Qarabağ" "Barselona" və "Real"ı geridə qoydu!

30-10-2013, 14:17

 

 

Ağdamın "Qarabağ” klubu Avropada ən az qol buraxan komandaların siyahısında ilk onluqdadır.
 
Milli.Az Sports-a istinadən xəbər verir ki, Avropada çıxış edən klublardan ən az qol buraxan komandaların arasında "Qarabağ” 11 oyuna 4 qol buraxaraq 7-ci yerdə qərarlaşıb. 

Dünənədək İsrailin "Makkabi” Tel Aviv klubu Avropada yeganə klub idi ki, top buraxmamışdı. Lakin ötən gecə "Bney Saxnina” (4:1) klubuna qarşı keçirdiyi qarşılaşmada 1 top buraxaraq "Makkabi" liderliyi İtaliyanın "Roma” klubuna verdi. "Canavarlar” 9 oyuna 1 top buraxıblar, İsrail klubu isə 7 oyuna 1 top buraxmışdı. 
  
Avropanın nəhəng klublarından "Roma” xaric, ilk onluğa daxil olan olmayıb. "Bavariya” 10 oyuna 6 qol buraxaraq 20-ci yerdədir, "Barselona” 10 oyuna 7 qol buraxıb və 37-ci yerdədir. "Real" Madrid, "Arsenal", "Çelsi" kimi komandalar siyahıda göstərilməyib.

 



Oxunub: 1 057

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.