dunyatv.az
CANLI YAYIN

İran kababı da “haram” buyurdu

11-01-2014, 15:59

Manqalda hazırlanan kabablar insan sağlamlığına təhlükə törədə bilər. Dunyatv.az-ın "İRNA” agentliyinə istinadən verdiyi məlumata görə, belə qənaətə İran alimləri gəliblər. 

Laboratoriya analizi və kompüter modelləşdirilməsi nəticəsində alimlər müəyyənləşdiriblər ki, açıq odda və ya manqalda bişirilən ət avtomobilin işlənmiş qazı qədər ziyanlı maddələrə malikdir.

Digər tərəfdən, araşdırmalar göstərib ki, tüstüdə olan təhlükəli birləşmələr insanın DNK mutasiyası ehtimalını yüz dəfələrlə artıra bilər. Bu da xərçəng xəstəliklərinə səbəb olar. Həmçinin, manqalda yanan odun tüstüsünün və qovrulan ətin orqanizmə tütündən çox ziyan vurduğu müəyyənləşib.


Oxunub: 673

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.