dunyatv.az
CANLI YAYIN

Bakıda marşrut sahiblərinə sərt xəbərdarlıq

11-01-2014, 16:00

Bakıda marşrut sahiblərinə sərt xəbərdarlıq

 "Sərnişin avtobuslarının yol nəqliyyat hadisələrinin iştirakçısı olması, qəza törətməsi hallarına qarşı sərt tədbirlər görüləcək. Artıq bununla bağlı yeni ildən Nəqliyyat Nazirliyi tərəfindən xətt sahiblərinə xəbərdarlıq edilib". 

Bu məlumatı Movqe.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov verib. 
N. Həsənov bildirib ki, marşrut sahiblərinə sürücüləri işə götürərkən diqqətli olmağı, peşəkarların işə cəlb etmək tələbi qoyulub: 
"Xətt sahiblərinin sayının azaldılaraq 32-ə çatdırılması bu istiqamətdə görülən tədbirlərdən idi. Amma sahibkarlara bu ildən daha sərt formada xəbərdarlıq edilib ki, sərnişin avtobuslarında sürücülərin işə qəbuluna ciddi nəzarət etsinlər. Sürücülük təcrübəsi və müvafiq kateqoriyası olmayanlar sərnişin avtobuslarının sükanı arxasına əyləşə bilməzlər. Belə hallar üzə çıxarsa, xətt sahibləri də cəzalandırılacaqlar. Düzdür, dünyanın heç bir yerində qəzalarda sərnişin avtobusları sığortalanmayıb. Amma belə hallar hansısa xətdə dəfələrlə təkrarlanırsa, həmin xətt sahibkarın əlindən geri alınacaq".
N. Həsənov Bakı şəhərində mövcud nəqliyyat problemlərinin aradan qaldırılması üzrə 2013-2015-ci illər üçün Tədbirlər Planının icrası istiqamətində tədirlərin davam etdiriləcəyini də söyləyib. 
Dunyatv.az


Oxunub: 572

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.