dunyatv.az
CANLI YAYIN

Sumqayıt sakinlərinin nəzərinə!

11-01-2014, 16:13

Sumqayıt sakinlərinin nəzərinə!

 Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il yanvarın 24-də saat 11:00-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli-və contact@prosecutor.gov.az electron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Dunyatv.az


Oxunub: 634

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.