Azərbaycanın Sabirabad rayonunda baş verən dəhşətli avtoqəza nəticəsində 4 nəfər ölüb.

 APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 12-ci kilometrliyində, Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yük maşını ilə "VAZ-21011” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər ağır yaralanıb.

 Sabirabad rayonunun Nəriman kənd sakinləri – 1994-cü il təvəllüdlü sürücü Həsənov Fərid Nazir oğlu, sərnişinləri – 1995-ci il təvəllüdlü Əhmədov Ələddin Qazər oğlu, 1991-ci il təvəllüdlü Cəbrayılov Orxan Etibar oğlu və 1994-cü il Hüseynov Mircəfər Zamin oğlu hadisə yerində dünyasını dəyişib.

 Yaralı – Nəriman kənd sakini, 1991-ci il təvəllüdlü Əhmədov Fərid Gülmirzə oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

  • Müəllif: Guler
  • Tarix 11-01-2014, 16:13
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 852
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac