dunyatv.az
CANLI YAYIN

Yanğın 1300 illik şəhəri məhv etdi

11-01-2014, 16:13

Yanğın 1300 illik qədim şəhəri məhv edib.

Dunyatv.az-ın xarici mətbuata istinadən məlumata görə, Çinin Yunan əyalərindəki qədim Tibet şəhəri olan Dukençzon böyük bir qismi yanğından məhv olub. Yanğın şəhərdə 100-dən artıq 1300 ildən artıq qədim tarixə malik binanı yararsız hala salıb.

Yanğın yanvarın11-də gecə başlayıb və yanğını söndürməyə mindən artıq yanğınsöndürən cəlb edilib. Yanğının alovlarının 10 metr olub. Yanğın zamanı şəhər əhalisi evakuasiya edilib. Ölən və xəsarət alanlar barəsində hələlik məlumat verilmir. Yanğının səbəbi bəlli deyil.

Mənasi Ay olan Dukeçzon şəhəri turistlər arasında arasında populyar olan şəhərlərdən biridir və burada ənənəvi qədim Tibet qaydaları və üsulları ənənələri qorunub saxlanılır.


Oxunub: 799

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.