dunyatv.az
CANLI YAYIN

Sərxoş sərnişin təyyarənin qapısını qırdı

11-01-2014, 16:13

İstanbuldakı Atatürk hava limanında Tanzaniyaya uçacaq təyyarəyə bilet almış sərnişin minik başa çatandan sonra çılğına dönüb. O, təyyarəyə gecikdiyini anlayaraq irəli şığıyıb, təyyarənin qapısını qıraraq içəri keçməyə çalışıb.
Polislər bu şəxsi saxlayıblar.
Dunyatv.Az AHT-yə istinadən bildirir ki, "Türk Hava Yolları" aviaşirkətinin Tanzaniyanın Kilimancaro şəhərinə uçacaq təyyarəsinin sərxoş sərnişini qapını yumruqlayıb-təpikləyərkən tutulub.
Belarus vətəndaşı olan Aleksandr K. deyib: "Minik başlanandan sonra niyə gecikdiyimi anlamıram. Yəqin, bir az sərxoşdum, ona görə. Tanzaniyaya
istirahətə gedirdim".


Oxunub: 793

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.