Yahoo! virus yayır

Yahoo! internet şirkətinin nümayəndələri deyib ki, ötən həftə Avropa portallarından bəziləri zərərli proqram təminatı yayıblar ki, bu da minlərlə istifadəçi üçün potensial təhlükə yaradır.
Problem barədə ilk öncə kompüter təhlükəsizliyi üzrə ixtisaslaşmış Fox-IT şirkəti məlumat verib. Yahoo! şirkəti bəzi portalların virusa yoluxması faktını təsdiqləyib və açıqlama verib ki, zərərli kod ads.yahoo.com sistemində göstərilən reklam bannerlərində olub. Problem tezliklə aradan qaldırılıb, lakin bəzi kompüterlər riskə məruz qalıb. Bu halda Mac OS platforması ilə işləyən qurğuların sahibləri zərər görməyiblər.
Fox-IT şirkətinin versiyası daha təhlükəli səslənir. Mütəxəssislərin məlumatına görə, zərərli kod hər saat 300 min istifadəçi kompüterinə hücum edib. Rumıniya, Böyük Britaniya və Fransa daha çox zərər görüb. Hücumun arxasında kimin dayandığı hələ ki bilinmir.
  • Müəllif: Guler
  • Tarix 11-01-2014, 17:37
  • Bölmə: Xəbərlər / Texnologiya
  • Baxılıb: 655
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac