Noutbukların satışı niyə azalır?


Digitimes Research şirkətinin ekspertləri gələcəkdə noutbuklar bazarında azalmanın davam edəcəyini proqnozlaşdıraraq buna səbəb kimi planşetlərin artmaqda olan populyarlığının təsiri ilə onların tədarük həcminin azalacağını göstərirlər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, analitiklərin qiymətləndirməsinə görə, 2013-cü ildə dünyada ümumilikdə 170 milyon ədəd noutbuk tədarük ediləcək ki, bu da ötən ilin göstəricisindən 13 faiz azdır. Azalma 2014-cü ildə də davam edəcək (tədarük həcminin 6 faiz – 159 milyon ədədədək azalacağı gözlənilir).
 
Mütəxəssislər güman edirlər ki, gələcəkdə bazara daha çox noutbuk və planşet kompüter rejimində işləyə bilən hibrid qurğular çıxarılacaq. Bununla yanaşı, sensorlu noutbukların populyarlığı artacaq. Şirkət nümayəndələrinin qiymətləndirməsinə əsasən, gələn il belə modellərin nüfuzetmə dərəcəsi indiki 8,2 faizlik göstərici ilə müqayisədə 16,5 faizədək artacaq.
 
Bununla belə, analitiklər xəbərdarlıq ediblər ki, yaxın illərdə adı çəkilən qurğular qiymətlərinin çox baha olması səbəbindən noutbuklar bazarının inkişafında aparıcı rol oynaya bilməyəcək.

 

  • Müəllif: Pervin_M
  • Tarix 30-10-2013, 15:30
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 872
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac