Gücləndirilmiş mühərriklə Mercedes-Benz - FOTO


GAD-Motors mütəxəssisləri 4MATIC-li Mercedes-Benz C63 AMG Black Series kupesində gücləndirilmiş tvin-turbo M157 V8 mühərrikini qurublar. Nəticə çox əladır – sürət imkanları nəzərə çarpacaq dərəcədə artıb. İndi avtomobil sıfırdan ilk "yüzlüyə" sürətlənməyə cəmi 3,1 saniyə vaxt sərf edir. Amma bu, hələ hamısı deyil.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, C63 AMG Black Series ilkin variantı 517 at gücünə malikdir və bunun üçün 6,3 litrlik M156 atmosfer mühərriki cavabdehdir. M157 quraşdırıldıqdan sonra kupedə 850 a.g. və 1 350 Nm fırlanma anına qədər nəzərəçarpacaq artım baş verib. O təkmilləşdirilmiş 4MATIC sisteminin köməyi ilə təkərlərin dördünə də ötürülür. Nəticədə 0-dan 100 km/saata qədər sürətlənmə 3,1 saniyə çəkir ki, bu da ilkin versiyanın göstəricisindən 1,1 saniyə azdır.
 
Digər təkmilləşdirmələr siyahısına tənzimlənən asqı və həmçinin 100 km/saat sürətlə hərəkət edən avtomobili 33 metrdə dayandıra biləcək karbon-keramik əyləclər aiddir. Bütün paket (maşınsız) 180 250 avro qiymətləndirilib.
 

Gücləndirilmiş mühərriklə Mercedes-Benz - FOTO

Gücləndirilmiş mühərriklə Mercedes-Benz - FOTO

Gücləndirilmiş mühərriklə Mercedes-Benz - FOTO

Gücləndirilmiş mühərriklə Mercedes-Benz - FOTO

Gücləndirilmiş mühərriklə Mercedes-Benz - FOTO

Gücləndirilmiş mühərriklə Mercedes-Benz - FOTO

Gücləndirilmiş mühərriklə Mercedes-Benz - FOTO

Gücləndirilmiş mühərriklə Mercedes-Benz - FOTO

  • Müəllif: Asef
  • Tarix 30-10-2013, 15:30
  • Bölmə: Xəbərlər / Şəkillər
  • Baxılıb: 971
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac