Suriyada döyüşən sumqayıtlı boksçu öldürülüb

Suriyada döyüşən sumqayıtlı boksçu öldürülüb

Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, "İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü "Abdurrahman” ləqəbli azərbaycanlı mücahid Azad Suriya Ordusu tərəfindən öldürülüb. Onun Sumqayıt şəhərindən olduğu bildirilir. Mərhum boks üzrə idman ustası imiş.

"Abdurrahman” ləqəbli azərbaycanlı mücahidin ailəsinin də hazırda Suriyada olduğu bildirilir. Onun Süleyman adında qardaşı da hazırda Suriyada vuruşur.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

  • Müəllif: Guler
  • Tarix 13-01-2014, 12:02
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 925
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac