Arıqlamaq istəyənlərə: İradə İbrahimovanın istifadə edib, arıqladığı resept

 

Arıqlamaq istəyənlərə: İradə İbrahimovanın istifadə edib, arıqladığı resept

 

Müğənni İradə İbrahimovanın ana olduqdan sonra 50 kiloqram arıqladığı ilə bağlı xəbər vermişdik.

Bu xəbərdən sonra sevənləri sənətçinin özəl pəhrizini bilmək üçün ona məktublar ünvanlayıb.

İradə pəhrizi ilə bağlı sosial şəbəkədə yazıb:

Səhər 09:00-da 2 stəkan su, kibrit qutusu böyüklükdə iki ədəd ağ pendir, 1,5 dilim çovdar çörəyi, 2 zeytun, 2 ərik qurusu, qırmızı bibər, cəfəri, pomidor, yaşıl çay.

11:30-da 2 stəkan su, 1 ədəd alma və ya kivi.

13:30-da 2 stəkan su, zeytunyağı və tərəvəzlərdən hazırlanan xörək, 1,5 dilim çovdar çörəyi, 1 kasa qatıq.

16:00-da 2 stəkan su, 1 fincan süd və əncir qurusu. Bunu 1 stəkan ayran və 1 qozla əvəzləyə bilərsiniz.

19:00-da 2 stəkan su, toyuq filesi, salat, ½ ədəd çovdar çörəyi. Bunu 4 ədəd katlet, salat və 1 kasa şorba ilə əvəzləyə bilərsiniz.

21:00-da 2 stəkan su, 1 alma və ya portağal. Metobolizmanı çalışdıran çay: 1 litr qaynar suya 1 çubuq darçın, 2-3 çimdik yaşıl çay, 2-3 dilim limon atıb 10 dəqiqə dəmləyib, süzün. Soyuq halda içilir. Bu çay şirniyyat istəyini azaldır.
  • Müəllif: Asef
  • Tarix 8-10-2013, 17:21
  • Bölmə: Xəbərlər / Sağlamlıq (Tibb) / Qadın Dünyası
  • Baxılıb: 3 805
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac