dunyatv.az
CANLI YAYIN

Azərbaycanda yeni hava limanı inşa olunacaq

30-10-2013, 22:45


"Quba rayonunda yeni hava limanı inşa olunacaq”
dunyatv.Az-ın aznews.az-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov deyib.[/b]

O bildirib ki, yeni hava limanının inşası ilə bağlı proses sənədləşmə mərhələsindədir: "Hazırda ölkədə 6 hava limanı fəaliyyət göstərir. Qubada tikiləcək aeroportla birgə bu hava limanlarının sayı yeddiyə çatacaq”.

C.Əsgərov əlavə edib ki, ölkənin bütün bölgələrində hava limanlarının inşası nəzərdə tutulub. C.Əsgərov daxili reyslər üçün bir nəfərin gediş qiymətlərinin aşağı salındığını da diqqətə çatdırıb: "Məsələn, əvvəllər Qəbələyə gediş haqqı 50 manat olduğu halda, hazırda qiymət 30 manata endirilib”.

C.Əsgərov qeyd edib ki, təyyarə parkının yenilənməsi istiqamətində də zəruri işlər görülür və bu proses davamlı olaraq həyata keçiriləcək.
[/b]
[/b][/b]
[/b][/b]
[/b][/b]


Oxunub: 1 584

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.