dunyatv.az
CANLI YAYIN

Qoz halvası

14-01-2014, 11:23

Bu dəfə sizə dadından doymayacağınız Qoz halvasının tərifini təqdim edirik. Buyurun, hazırlayın. Nuş olsun!

 

Lazım olan ərzaqlar:

2 stəkan xırdalanmış qoz,

4 xörək qaşığı un,

2 xörək qaşığı kərə yağı,

Yarım stəkan bəkməz,

 

Hazırlanma qaydası:

Xirdalanmış qoz zəif odda qarışdırılaraq azca qovrulur. Qozun yapışıqlı olması üçün üzərinə əvvəldə götürülmüş bəkməzin yarısı əlavə edilərək qarışdırılır.  Bu qarışıq əllə sıxılıb qozun yağı çıxarılır. Qozun yağına kərə yağı əlavə edilərək odda isidilir. Yağa un əlavə edərək qarışdırıb çəhrayı rəng alana qədər qovrulur. Sıxılıb yağı çıxarılan qoz bir daha üyüdülür və halvaya qatılır. Bir az soyuduqda qalan bəkməz də  qatılaraq qarışdırılır və yuvarlaq şəkil  verilir.  Soyuduqda  dilimlənərək  servis  edilir.


Oxunub: 2 620

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.