dunyatv.az
CANLI YAYIN

Mətbəx sirləri: Şokoladlı-jeleli peçenye

14-01-2014, 15:40

 

Dunyatv.az şokoladlı-jeleli peçenyenin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 
3 yumurta
80 q şəkər pudrası
75 q un 
1 qutu jele 
180 q tünd şokolad
20 q kərə yağı
 
Yumurta ağlarını 1 çimdik duzla möhkəm çalın. 
Tədricən şəkər pudrasını səpərək 3 dəqiqə çalın. 
Bir-bir yumurta sarılarını əlavə edib çalın. 
Ələnmiş un əlavə edib aşağı sürətdə qarışdırın. 
Perqament döşənmiş siniyə aralarında 2-3 sm yer saxlamaqla xəmirdən qaşıqla götürüb dairələr qoyun. 
180 dərəcə qızdırılmış sobada 8-9 dəqiqə, peçenyelər saralınca bişirin.  
Jeleni qablaşdırmada göstərilən qaydada əridin, ancaq suyun qədərini 100 ml az götürün. Enli qaba (məsələn, 30x20 sm)  töküb bərkiməsini gözləyin. 
Jele donduqdan sonra peçenyelərdən bir qədər balaca olmaqla dairələr kəsin. 
Jeleləri peçenyelərin üzərinə düzüb soyuqda yarım saat saxlayın. 
Şokoladla yağı su hamamında əridin, bir qədər soyudub qarışdırın.
Peçenyelərin jeleli tərəflərini şokolada batırın, artıq şokoladın süzülməsini gözləyin, şəbəkənin üstünə düzün. 15 dəqiqə otaq temperaturunda quruyandan sonra soyuducuda 2 saat saxlayın. 
Nuş olsun!
Dunyatv.az


Oxunub: 679

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.