dunyatv.az
CANLI YAYIN

Mətbəx sirləri: Paşa börəyi

15-01-2014, 12:27

 

Dunyatv.az sofra.com.tr-yə istinadən paşa börəyinin hazırlanma qaydasını təqdim edir
[/i]

Tərkibi: 
2,5 st. un
1 yumurta
2 kubik ət bulyonu
0,5 kq qiymə
2 baş soğan 
0,5 dəstə cəfəri
0,5 kq qatıq 
3-4 diş sarımsaq 
125 q kərə yağı 
duz
istiot 
qırmızı istiot 

Unu ələyin, ortasını çalalayın. 1 yumurta qırın. Unun üzərinə duz səpin. 0,5 st. su əlavə edərək yoğurun. Xəmiri yaş dəsmalın altında 10 dəqiqə saxlayın. 
Soğanı qovurun, qiyməni əlavə edin, suyu çəkilənədək bişirin. Duz, istiot, qırmızı istiot, doğranmış cəfəri əlavə edin. 
Xəmiri 5 bərabər kündəyə bölün. Hər birini 30 sm diametrdə yayın. 
Bu yuxaları bol yağda qızardın. Sonra ət bulyonuna batırın. Siniyə bir qat yuxa, bir lay iç qoymaqla üst-üstə düzün. Ən son yuxanın üzərinə 3-4 çömçə ət bulyonu tökün. 
200 dərəcə qızdırılmış sobada 5-6 dəqiqə bişirin. 
Sarımsağı doğrayıb qatıqla qarışdırın. 2 x.q. kərə yağını əridib qırmızı istiotu içinə tökün. Sonra qatığı da, yağda qovrulmuş qırmızı istiotu da hazır börəyin üstünə tökün. 
Nuş olsun! 
Dunyatv.az
[/i]


Oxunub: 715

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.