dunyatv.az
CANLI YAYIN

Rafaello Tortunun Resepti

15-01-2014, 19:30

 

Tərkibi:
2 yumurta
2 st. un
1 paket qabartma tozu
400 ml qaymaq
1 3/4 st. şəkər tozu
15-20 ədəd "Rafaello” konfeti
5 paket vanilli şəkər
200 q xama
1 qutu kokos yonqarı

 

Sobanı 170 dərəcəyədək qızdırın.

2 yumurta, 1 st. şəkər tozu, 2 vanilli şəkər paketini qarışıb möhkəm köpük alınanadək çalın. 200 ml qaymaq əlavə edib çalmağa davam edin. Un, qabartma tozu əlavə edib yaxşıca qarışdırın.

Xəmiri yağlanıb perqament döşənmiş formaya tökün. Sobada 25 dəqiqə bişirin. Sonra biskviti soyudub iki korja bölün.

Krem üçün xamanı, 200 ml qaymağı, 3/4 st. şəkər tozunu və 3 paket vanilli şəkəri çalın (qatı krem alınmalıdır).

Birinci korjun üzərinə 1-1,5 sm qalınlıqda krem çəkin. 6 "Rafaello” konfetini blenderdə xırdalayıb kremin üstünə səpin. İkinci korju qoyun, üzərinə və tortun kənarlarına kremin qalanını çəkin. "Rafaello” konfetlərini iki bölüb üzərinə düzün, üstünə kokos yonqarı səpin.

                                                                                                                                            

                                 Nuş olsun!

                                 Dunyatv.az


Oxunub: 1 213

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.