dunyatv.az
CANLI YAYIN

Ronaldunun agentindən çoxlarını qıcıqlandıracaq açıqlama

16-01-2014, 11:35

İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldunun agenti Xorxe Mendesin dediyinə görə, onun müştərisi "kral klubu"nda özünü əla hiss edir.
Dunyatv.Az Mundo Deportivo-ya istinadən bildirir ki, Mendesin sözlərinə görə, K.Ronaldu 40 yaşına qədər "Real"da qalmaq istəyir.
"Ronaldu fantastik insan, gözəl xasiyyətli oyunçu və dostdur. O, dünyanın ən yaxşı futbolçularından biridir. Kriştianu "Real"da qalmaq istəyir və dediyinə görə, futbolçu karyerasını başa vuranadək Madriddə oynamaq istəyir. Kriştianu ilə bağlı ədalətsizliklər çoxdur. Onu tənqid edən insanların tam əksəriyyəti qərəzli danışır", - Mendes söyləyib.


Oxunub: 863

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.