dunyatv.az
CANLI YAYIN

Bakıda 23 yaşlı gənci amansızcasına qətlə yetirdilər

16-01-2014, 11:35

Ötən gecə saat 12:00 radələrində Bakının Xətai rayonu ərazisində 23 yaşlı gənci amansızcasına qətlə yetiriblər.
Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsində baş verib. Bu barədə polisə məlumat daxil olan kimi hadisə yerinə polis əməkdaşalrı cəlb olunub. Araşdırmalar zamanı öldürülən şəxsin 1991-ci il təvəllüdlü Firudin Rəşid oğlu Cəfərov olduğu məlum olub. Onun ürək, qarın və boyun nahiyyəsində çoxsaylı bıçaq zərəbələri olub. Onun nə səbəbə və kim tərəfindən qətlə yetirildiyi araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Oxunub: 923

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.