dunyatv.az
CANLI YAYIN

Ebru Gündəşə bir gecədə 20 min qazandırdı [video]

16-01-2014, 11:35

Ebru Gündəşə bir gecədə 20 min qazandırdı [video]

 Müğənni bir gecədə 20 min manata yaxın pul qazanıb 

Türkiyəli müğənni Ebru Gündəş cəbhəsində xoş xəbər var. Türkiyənin "Hürriyyet” qəzetinin yazdığına görə, həyat yoldaşı,  azərbaycanlı iş adamı Rza Zərrabın həbsindən sonra ağır günlər keçirən müğənninin üzünü bir at güldürüb. 

R.Zərrabın hədiyyə etdiyi at yarışmada qazanıb. İstanbulun məşhur Vəliəfəndi Hippodromunda bu axşam E.Gündəşin sahibi olduğu 6 yaşındakı Duty Free yarışda qalib gələrək, sahibinə nə az, nə çox 46 min 500 TL (təxminən 20 min manat) pul mükafatını qazandırıb. 

Gökhan Kocakaya adlı jokeyin çapdığı at gecənin beşinci yarışı olan "My Volga Boatman Yarışı”nda qalib gələrək uğura imza atıb. Xatırladaq ki, Rza Zərrab "DutyFree” adlı ingilis atını ötən il Ebru Gündəşin ad gününə hədiyyə etmişdi. Həmin vaxt atın qiymətinin 800 min TL (təxminən 400 min manat) olduğu açıqlanmışdı. (Musavat.com)




Oxunub: 848

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.