dunyatv.az
CANLI YAYIN

Gəncədə avtomobil mağazaya girdi

31-10-2013, 12:15

 

 
 
Gəncədə yol nəqliyyat hadisəsi baş verib

dunyatv.Az Kəpəz TV-y istinadən xəbər verir ki, şəhərin Nizami Gəncəvi prospektində yol nəqliyyat hadisəsi baş verib. Şəhər sakini 20 yaşlı Tağı Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə adıçəkilən prospektlə mərkəz istiqamətinə hərəkətdə olarkən yoldan çıxıb.

Nəticədə avtomaşın yol kənarında mövcud olan geyim dükanlarından birinə girib. Hadisə nəticəsində "Mercedes" əzilsə də, onun sürücüsü və sərnişinləri ciddi xəsarət almayıblar. Baş vermiş avtoqəzanı araşdıran Dövlət Yol Polisi Şöbəsinin inspektoru Ruhin Salahov hadisəyə ilkin səbəb kimi avtomobilin həddindən artıq sürətlə idarə olunmasını və bu səbəbdən sürücünün döngədə idarəetməni itirməsini göstərib. Faktla bağlı DYP söbəsində araşdırma aparılır.

Xatırladaq ki, qəza nəticəsində Nizami prospektində bir neçə dəqiqəlik tıxac yaranıb.


Oxunub: 1 611

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.