Dünyanın ən sürətli, şəffaf, üzvi...

 

Nature Communications tədqiqat qrupu dünyanın ən sürətli nazikqatlı üzvi tranzistorlarının (organic thin-film transistors - OTFTs) hazırlanmasını bəyan edib.
DunyaTv.Az ICTnews-a istinadən bildirir ki, alimlərin qiymətləndirməsinə görə, bu tranzistorların istehsalı silisium tranzistorlarla müqayisədə daha ucuz başa gələcək. Daha bir üstünlük isə üzvi tranzistorların şəffaf olmasındadır. İndiyədək bu elementlərin sürətinə görə silisium tranzistorlarla müqayisəsi qeyri-mümkün olub, lakin Stenford və Nebraska-Linkoln universitetlərinin alimləri bu sahədə böyük uğura nail olublar. Belə ki, onların icad etdikləri üzvi tranzistorlar sürətin dəyişməsinə görə silisium tranzistorlarla müqayisə oluna bilər.
Üzvi tranzistorlar plastik karbon məhlulun sürətlə dövr edən şüşə lövhənin üzərinə damcılanması vasitəsilə hazırlanır. Mütəxəssislər dövretmənin sürətləndirilməsi və lövhənin qismən əhatə olunması ilə bu prosesi tamamlayıblar. Onların sözlərinə görə, bunun sayəsində məhlul molekullarının bərabər və sıx paylanmasına nail olunub ki, nəticədə əldə edilən tranzistorlarda cərəyan daşıyıcılarının sürəti artıb. Tərtibatçıların fikrincə, zaman keçdikcə bu texnologiya ucuz şəffaf elektronikanın istehsalına imkan verəcək.
  • Müəllif: Guler
  • Tarix 16-01-2014, 14:52
  • Bölmə: Xəbərlər / Texnologiya
  • Baxılıb: 656
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac