Dənizdəki balıqlar dondu

Norveçin Nordland bölgəsində havanın temperaturu sıfır dərəcədən 10 dərəcəyə qədər düşüb və sahil seqmentlərində dəniz donub.

Norveçli İngolf Kristinsen Nordland bölgəsində gəzərkən minlərlə balığın dənizdə donduğunu görüb. Kristinsen balıqların şəkilini çəkərək qəzetlərə göndərib və qeyd edib:

"İtim Anton ilə gəzərkən gördüyüm mənzərə məni çaşdırdı. Balıq sürüsünün dənizdə donduğunu gördüm. Həyatım boyu dənizin donduğunu çox görmüşdüm, amma balıqların donduğunu heç vaxt görməmişdim”.

Dəniz Araşdırma İnstitutundan Aril Slott balıqların balinalardan qaçarkən quruya çox yaxınlaşdıqları üçün donduqlarını deyib.

İnger Sjöberg adındakı qadın da bir göldə donmuş maralın şəkilini çəkərək qəzetlərə göndərib. Ölkənin bəzi bölgələrində havanın temperaturu -26 dərəcə olaraq ölçülüb.

Dənizdəki balıqlar dondu

Dənizdəki balıqlar dondu

Dənizdəki balıqlar dondu

Dənizdəki balıqlar dondu

 


 

  • Müəllif: Guler
  • Tarix 16-01-2014, 14:54
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 680
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac