Röya Moskvaya kimin yanına gedir?

Röya Moskvaya kimin yanına gedir?

 Estrada ulduzu Röya Heydər Əliyev Sarayında konsert verməyə hazırlaşır. Konsert üç gün planlaşdırılsa da tələbat olduğuna görə bir gün də əlavə edilib.
Röyanın prodüseri Kənan Bayramovun Lent.az-a verdiyi məlumata görə, konsert günlərinin dəqiq tarixi artıq bəllidir. Müğənni bu ayın 28, 29, 30 və 31-də tamaşaçıların qarşısına çıxacaq: "Konsertin biletləri çox sürətlə satıldı. İndi demək olar ki, əlavə edilən günə belə bilet qalmayıb".
Kənan konsertlə bağlı daha bir yenilikdən danışıb: "Konsertdə ən azı 3 yeni mahnı səslənəcək. O mahnıların hit olacağına Röya da inanır".
Onu da əlavə edək ki, hər gün ciddi məşq edən Röya yaxınlarda Moskvaya gedəcək və burada hər konsertdə onu müşayiət edən "Rush style" rəqs qrupu ilə görüşəcək. Məlum olduğu kimi Röya ilə səhnəyə bu dəfə də həmin qrup çıxacaq.
Qeyd ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi "Mənəm" adlı konsertdə bir-birindən maraqlı canlı ifalar səslənəcək.

  • Müəllif: Guler
  • Tarix 16-01-2014, 14:54
  • Bölmə: Xəbərlər / Şou-Biznes
  • Baxılıb: 880
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac