Azərbaycanda ailə quran gənclərə ev veriləcək

Azərbaycanda ailə quran gənclərə ev veriləcək

 Azərbaycanda uşaq evindən sonra 18 yaşını tamam etmiş valideyn himayəsindən məhrum, kimsəsiz gənc ailə qurduğu təqdirdə, icbari olaraq evlə təmin olunacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Ailə, Mənzil, Şəhərsalma və Tikinti məcəllələrinə, həmçinin "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna əlavələr layihəsi hazırlanır.

Layihəyə əsasən, ailə quran valideyn himayəsindən məhrum, kimsəsiz böyümüş gəncə respublikanın müvafiq şəhərlərində tikilən yeni binalardan bir mənzil veriləcək. Bununla bağlı layihədə dövlət tərəfindən xüsusi güzəştlər ayrılacaq və binaların tikintisi ilə məşğul olan sahibkarın üzərinə müəyyən məsuliyyət qoyulacaq.

Layihənin bu il hazırlanaraq Milli Məclisdə müzakirəyə çıxarılması planlaşdırılır.

Dunyatv.az

  • Müəllif: Sebine
  • Tarix 16-01-2014, 14:54
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 892
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac