Bakıda müdhiş çinli əməliyyatı

Bakıda müdhiş çinli əməliyyatı

 

Bakıda Bankamat qarət etmək istəyən 4 əcnəbi saxlanılıb.
Çin vətəndaşları 27 yaşlı Zhang Jianquan, 29 yaşlı Zhong Hailing, 33 yaşlı Xu Zhengping və 32 yaşlı Zeng Huihui Nərimanov polisi banka qarşı kiber cinayətlər törətməkdə təqsirli bilərək saxlayıb.
Polis müəyyən edib ki, adı çəkilən şəxslər xüsusi alət və vasitələr, eləcə də mikrosxemlər, video çəkiliş aparatları, yaddaş kartları və digər ləvazimatlar vasitəsi ilə Banklardan birinin bankomatlarına müdaxilə ediblər.
Onlar bu üsulla müştərilərin bank kartlarındakı saxlanılan zəruri məlumatları oğurlamağa cəhd ediblər. Qrup üzvləri saxlanıldıqdan sonra müəyyən olunub ki, onlar bu yolla təxminən 3634 nəfər müştərinin bankomat kartlarını qeydiyyata alıblar.
Lakin bu müştərilərdən yalnız 21 nəfərin kartı tam oxunub, ''PİN'' kodu öyrənilib. Saxlanılan şəxslər kart məlumatları tam öyrənildikdən sonra Çin qayıdaraq pulları asanlıqla mənimsəyəcəklərmiş. Beləliklə, ilkin mərhələdə kart məlumatları tam öyrənilmiş 21 nəfər şəxsin hesabındakı 24 min 539 manat pul gizli yolla talamağı planlayırmışlar.
Amma Nərimanov polisinin sayıqlığı ilə böyük kibercinayətin qarşısı alınıb. Saxlanılan şəxslərin qaldığı otellin həmin nömrəsinə baxış zamanı video qurğular, yaddaş kartları, mikrosxemlər, "skimmer" aparatları, digər alət və vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq yolu ilə daha sonra müəyyən olunub ki, qrup üzvləri xeyli sayda vətəndaşa məxsus bankomat kartının məlumatlarını ələ keçirməklə, həmin banka 14 min 196 manat ziyan vurublar.
Bəs banklar bu cür cinayətlərlə üzləşməmək üçün hansı təhlükəsizlik tədbirləri görməlidirlər?
Milli Kart Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşı Arzu Əsgərova vətəndaşlara da belə hallarda diqqətli olmağı tövsiyyə edir.
  • Müəllif: Guler
  • Tarix 16-01-2014, 22:27
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 650
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac