Bülənt Ərsoy şəklini çəkən pərəstişkarına şillə vurdu

Bülənt Ərsoy şəklini çəkən pərəstişkarına şillə vurdu

 Türkiyəli müğənni Bülənt Ərsoy pərəstişkarına sillə vurub.

Dunyatv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Nişantaşı istiqamətində baş verib.

Osman Ateş adlı saç ustası Bülənt Ərsoyu küçədə görüb və mobil telefonla fotosunu çəkib. Bunu görən sənətçi əsəbiləşib və ona sillə vurub. Hirsi soyumayan "diva" Osmanı ağır təhqirlərə məruz qoyub. O. Ateş başına gələnləri yerli televiziya proqramlarından birində danışıb:"İki gündür, yata bilmirəm. Onlarla insanın gözü qarşısında məni, ailəmi təhqir etdi. Kreditini tam ödəmədiyim mobil telefonumu qırdılar. Məhkəməyə müraciət edəcəyəm. Hadisəni görənlər var, hətta bir nəfər şahidlik edəcəyinə söz verdi. Mənə dedilər ki, verilişə çıxma, sonra sənə problem yaradarlar. Amma qulaq asmadım.İndiyə kimi heç vaxt şiddətə məruz qalmamışam.Bundan sonra Bülənt Ərsoyu görsəm yolumu dəyişdirəcəm.

B. Ərsoyun yaxın dostu, müğənni Dəmət Akalın isə Tvitter sosial şəbəkəsində həmkarına dəstək olub: 
"İcazəsiz foto çəkənlərə nifrət edirəm. Bülənt xanım dünən bir nəfəri sillələyib, çox yaxşı edib. Belələrinə bu da azdır".
Dunyatv.az
  • Müəllif: Sebine
  • Tarix 16-01-2014, 23:20
  • Bölmə: Xəbərlər / Şou-Biznes
  • Baxılıb: 638
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac