Snup Doqun Bakıda konserti olacaq

Snup Doqun Bakıda konserti olacaq

Dünya şöhrətli reper,  xalq artisti Aygün Kazımovanın duet ortağı Snup Doq Bakıya gələcək.

Axşam.az-ın məlumatına görə, bu haqda "Dreamexe Production Baku” şirkətinin rəsmi "Facebook” səhifəsində bildirilib.

Açıqlamada qeyd olunub ki, dicey Tiestonun ləğv olunan konsertinin əvəzinə  reperin paytaxtda çıxışı baş tutacaq:

"Təxirə düşən konsertə bilet alan hər bir şəxsin pulu qaytarılacaq. Biletlərin geri qaytarılması tarixi fevralın 3-dən martın 2-nə kimidir. Bununla belə, siz biletləri özünüzdə saxlaya bilərsiniz. Şirkətimiz reper Snup Doqun konsertini təşkil edəcək. Həmin biletlər bu konsertdə keçərli olacaq”.

Xatırladaq ki, Tiestonun Bakı konsertinin keçirilməməsinə səbəb diceyin ödənişini vaxtında ala bilməməsi olub. Şirkətin əməkdaşları onun qonorarını bank vasitəsilə göndərdiklərini bildirib. Bankda yaranan texniki problemlərə görə, pul vaxtında Tiestonun hesabına oturmamış və o, Bakı səfərindən imtina etmişdi.

  • Müəllif: Guler
  • Tarix 16-01-2014, 23:40
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 625
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac