Seksual aparıcı seks həyatından danışdı

Ehtiraslı sualları ilə qonaqlarına xəcalət təri tökdürən aparıcı Zemfira Adıgözəlovanı bu dəfə biz sual atəşinə tutduq.

 

Aparıcının Gecce.az-a verdiyi müsahibəni sizə təqdim edirik.

 

-Özünüzü ehtiraslı hiss edirsinizmi?

 

Xanımın ehtiraslı olub-olmadığını ancaq partnyoru deyə bilər. Qadın yalnız hiss etməlidir. Partnyordan da çox şey asılıdır. Yəni tək əldən səs çıxmaz.


-Partnyorunuzda ehtiras hissini necə oyadarsınız?

Xanım gərək əks cinsdə ehtiras hissini oyatmaq üçün hər şeyi etsin ki, kişinin bir şüphəsi qalmasın. Bəlkə o biri xanım bundan daha yaxşıdır?

 

Bədəninin ətrindən tutmuş, saçının ətrinə, maniküründən- pedikürünə, alt paltarından- geyindiyi geyimin rənginə kimi düşünməlidir.


-Romantik ab-havanı necə yaradarsınız?

Qırmızı işıqlar, ətirli şamlar, fonda ruhu oxşayan musiqi və şampan...


-Zema xanım, romantik qadındır yoxsa dəli sevgiyə üstünlük verir?

Hər ikisi də. Ancaq romantika olsa darıxdırıcı olar. Biraz rəng qatmaq, fərqlilik yaratmaq üçün dəlisov da olmaq lazımdır. Sevgidə yeri gələndə gülmək, qışqırmaq, göz yaşı tökmək, dəlilik də olmalıdır. Sevgidə Havanın əhval-ruhiyyəsindən də çox şey asılıdır. Hava tutqun olanda romantik oluram.


-Dəli sevgi deyəndə nəyi nəzərdə tutsunuz?

Sevgilini vurdun qoltuğuna heç kimə heç bir şey demədən, işin-gücün tökülən vaxtı şəhərdən kənara getmək. Hamı da səni axtarıb dursun(red.-gülür).


-Məclisə gedərkən, qarşı cinsin diqqətini çəkmək üçün ilk növbədə nə edirsiniz?

Mən məclisə gedərkən yalnız qarşı cinsin deyil, hər kəsin diqqətini çəkməyə çalışıram. Tez-tez məclislərə gecikirəm. Ümumiyyətlə gecikmək qanıma işləyib. Gecikən zaman istədin-istəmədin hər kəsin diqqəti səndə olur. Mənim də istədiyim odur ki, məni görəndə hər kəs woow desin, yemək yeyən varsa, çəngəl əlində donub qalsın, müğənni mahnının sözlərini unutsun.O zaman böyük keyf alıram (red.-gülür).

 

-Yəqin ki, bunun üçün çox vaxt sərf edirsiniz?

Makiyajımdan tutmuş geyimimə, dırnağımın rənginə, taxdığım bijuteriyalara qədər fikir verirəm. Həm mən heç bir şey etməsəm də saçlarım diqqəti çəkməyə kifayət edir. Buna görə də Allaha şükürlər olsun.

 

-Vücudunuzun hansı hissəsini cəlbedici hesab edirsiniz?

Bir çox hissələrimi (red.-gülür). Az öncə də qeyd etdiyim kimi əsas saçlarım çox cəlbedicidir. Uzaq məsafədən belə diqqətləri çəkir. Daha sonra dodaqlarım, yeriyişim, sinəm əgər geyimim də vəhdət təşkil edirsə, o zaman hiss edirəm ki, mən bu gün cəlbediciyəm. Küçədə 10 nəfər varsa, 9-u dönüb baxır. Bu da mənim çox xoşuma gəlir.


-Sizi tanıyanlar deyir ki, Zema olduqca utancaqdır. Bu həqiqətənmi belədir?

Utancağam. Həm də çox. Bunu ancaq yaxınlarım bilir. Məncə iki Zema var. Biri maskalı -heç kimdən və heç nədən çəkinməyən, digəri isə daha abırlı, həyalı, utancaq. Mühitdən asılı olaraq biri digərini üstələyir.


-Cazibədar görünmək üçün açıq-saçıq geyinmək mütləqdirmi?

Cəlbedicilik heç də açıq-saçıq geyinməklə ölçülmür. Qadının bədən quruluşu normaldırsa, o qara, qapalı geyimdə də cazibəli görünə bilər. Sadəcə olaraq qadınöz bədənini tanımalı və eyiblərini ört-badır etməlidir.


-Kişinin ehtiraslı olduğunu necə anlamaq olar?

Kişinin ehtirasını ancaq ilk baxışda anlamaqolmaz. Kim deyirsə, mən anlayıram. Bu, yalan söhbətdir.

 

Mən-mən deyən kişiləri bəyənmirəm. Kişiyə bu yaraşmaz.Bəzən susqun, özünü kənara çəkən, baxışlarla hisslərini ifadə edən kişilər məncə daha ehtiraslı olurlar.

 

-Deməli siz də bir çox xanımlar kimi düşünürsünüz ki, baxışları iləkişinin nə dərəcədə ehtiraslı olduğunu anlamaq olar?

Baxışlar çox vədlər verə bilər. Yalnız seksi nəzərdə tutmuram. Xanımlara demək istərdim ki, çox vaxt xarici görünüşə aldanmasınlar. Sonda bütün xəyallar puç ola bilər.

 

-Sizcə cinsi əlaqə zamanı sevgi vacibdir?

Əlbəttə vacibdir. Sevgi olmazsa, ehtirasın pik nöqtəsinə çata bilməzsən.


-Bir gecəlik cinsi əlaqələrə münasibətiniz necədir?

Onlar sırf maddiyata dayanan bir şeylərdir. Orada sevgidən söhbət belə gedə bilməz.


-Sizcə Azərbaycanda ən seksi kişi kimdir?

Yalnız məşhurlardan deyə bilərəm ki, bu "Təhminə” filmindəki Spartak rolunu ifa edən aktyorumuz Füzuli Hüseynovdur.


-Sonuncu sualımız tamaşaçılar sizin üçün darıxıblar. Niyə görünmürsünüz?

Yaxın zamanlarda bomba kimi partlayan layihə ilə ekranlara qayıdıram. Düşünürəm ki, tamaşaçılar hələ buna hazır deyil. Onları bu tip layihələrə uyğunlaşdırmaq lazımdır. Qabaqcadan heç nə demək istəmirəm. Gözdən nəzərdən qorxuram. Çox gözə gəlirəm (red.-gülür).

 

 

Seksual aparıcı seks həyatından danışdı

Seksual aparıcı seks həyatından danışdı

Seksual aparıcı seks həyatından danışdı

Seksual aparıcı seks həyatından danışdı

Seksual aparıcı seks həyatından danışdı

Seksual aparıcı seks həyatından danışdı

Seksual aparıcı seks həyatından danışdı

 

  • Müəllif: Asef
  • Tarix 31-10-2013, 13:45
  • Bölmə: Xəbərlər / Şəkillər
  • Baxılıb: 14 554
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac