dunyatv.az
CANLI YAYIN

Qırmızı məxmər keks

18-01-2014, 15:00

 Dunyatv.az qırmızı məxmər keksin hazırlanma qaydasını təqdim edir

Tərkibi:
1.5 su stəkanı şəkər
2 yumurta
Yarım su stəkanı vişnə cemi suyu
Yarım su stəkanı qaynamış qırmızı çuğundur suyu
125 qr yumşaq kərə yağı
1 su stəkanı ayran
2.5 su stəkanı un
1 çay qaşığı vanil
1 yemək qaşığı qabartma tozu
 
Kremi üçün:
3 çorba qaşığı un
1 su stəkanı şəkər
1 su stəkanı süd
1 çay qaşığı banil
1 su stəkanı kərəyağı
Hazırlanması:

Keks üçün:
Kərə yağı ilə şəkəri mikser ilə qarışdırın, üzərinə yumurtaları əlavə edib, qarışdırmağa davam edin və köpürdün. Digər bir qabda isə vişnə mürəbbəsi suyu və çuğundur suyunu yaxşıca qarışdırın və əsl qaba onları da əlavə edərək, qarışdırmağa davam edin. İndi isə mikserinizin sürətini aşağı səviyyəyə gətirərək, az un, az ayran əlavə edərək, 4 ayrı səfərdə qarışığa qatı və qarışdırmağa davam edin. (Məxmər görünüşünü vermək üçün bu əməliyyatı diqqətli tətbiq edin). Son olaraq vanil və qabartama tozunu əlavə edib, keks üçün hazırlamaq mərhələsini tamamlayırıq və əvvəldən 175 dərəcədə isitdiyimiz sobaya keks qəlibinə boşaltığımız keks tərkibini 20-25 dəq. bişirmə zamanı sobaya veririk.

Krem üçün:
Orta xodda qazan içində un və südü yaxşıca qarışdırırıq və qatılaşan kimi ocağın altını söndürüb, otaq istiliyinə, ordan da yarım saat boyunca dayanmaq üzrə soyuducuya qoyuruq, təkrar çölə çıxarıb, maye kərə yağı, şəkər və vanil əlavə etdiyimiz qarışığı mikser ilə yüksək sürətdə qabarana qədər çırpırıq. Və son olaraq bişən keksimizin üstünə və ya istəyirsinizsə keksi eninə dilimlərə ayıraraq, arasına sürtüb, xidmət edirik.

Nuş olsun!
Dunyatv.az


Oxunub: 931

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.