dunyatv.az
CANLI YAYIN

Rusiyada güclü zəlzələ baş verdi

17-01-2014, 16:45

 

Bu gün Rusiyanın Krasnoyarsk diyarının və İrkutsk vilayətinin sərhədləri yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib. 

Bu barədə "İnterfaks" Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Geofizika Xidmətinə istinadən xəbər verib.

Geofizika Xidmətinin Altay-Sayansk filialının operativ məlumatına görə, yerli vaxtla saat 11:03-də baş verən zəlzələnin ocağı Krasnoyarsk diyarının Lesosibirsk rayonundan 499 kilometr şərqdə və İrkutsk vilayətinin Ust-İlmimsk rayonundan 105,6 kilometr şimal-qərbdədir.

Ocaqda silkələnmələrin intensivliyi MSK-64 (Medvedev-Şponhoyer-Karnik) cədvəli üzrə 7,7 bal təşkil edir


Oxunub: 861

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.