dunyatv.az
CANLI YAYIN

Evindən 12 kiloqram tiryək tapıldı

17-01-2014, 20:02

Evindən 12 kiloqram tiryək tapıldı

 Evindən külli miqdarda tiryək tapılan Goranboy rayon sakini saxlanıb.

Dunyatv.az APA-ya istinadən xəbər verir ki, Goranboyda mənzilində xeyli miqdarda narkotik vasitə olan tiryək aşkar edilən rayon sakini Qulu Mehdiyev Goranboy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. 
Xatırladaq ki, əməliyyatçılar Goranboyun Qarqucaq kənd sakini Q. Mehdiyevin evinə baxış keçirərkən oradan 12 kiloqram tiryək və müxtəlif tərkibli dərman preparatları aşkar edilərək götürsələr də, ev sahibini yaxalamaq mümkün olmamışdı. Onun hadisə yerindən qaçdığı bildirilib. 
Q. Mehdiyevin tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri görülürdü.
Dunyatv.az


Oxunub: 907

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.